Kaja Kallas keçmiş NATO Baş katibinin sözlərini təkzib edib

Kaja Kallas keçmiş NATO Baş katibinin sözlərini təkzib edib
# 09 iyun 2023 11:31 (UTC +04:00)

Estoniyanın Baş naziri Kaja Kallas NATO-nun sabiq Baş katibi Anders Foq Rasmussenin elan etdiyi kimi Estoniya qoşunlarının Ukraynaya göndərilməsi planları barədə məlumatsız olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə Estoniyanın “Eesti Rahvusringhääling” (ERR) media agentliyi məlumat yayıb.

Kallas Rasmussenin “əgər NATO növbəti sammitdə Kiyevə təhlükəsizlik zəmanəti verməsə, Polşa və Baltikyanı ölkələr müstəqil olaraq Ukraynaya qoşun göndərəcək” bəyanatını şərh edərək deyib:

“Bütün ölkələr bu və ya digər şəkildə Ukraynaya kömək edir, lakin heç bir ölkə öz qoşunları ilə münaqişəyə müdaxilə etmək istəyini ifadə etməyib. Düzünü desəm mən də ölkəmizin belə bir planı olması haqda eşitməmişəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR