Kalın: Türkiyə Ukrayna ərazilərində keçirilən referendumu tanımır

Kalın: Türkiyə Ukrayna ərazilərində keçirilən referendumu tanımır
# 23 sentyabr 2022 23:41 (UTC +04:00)

Türkiyə Rusiyanın Ukrayna ərazilərində keçirmək istədiyi referendumu tanımır. Donetsk və Luqanskdakı mövqeyi Krımla bağlı əvvəlki mövqeyi ilə eynidir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “NTV” kanalına müsahibəsində bildirib.

Sözçü Rusiyanın bu addımını “bazarlıq etmək istəyi” kimi qiymətləndirib.

“Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edirik. Biz bu müharibədə Ukraynanın yanındayıq. Müharibəyə son qoymağa çalışan yeganə ölkə Türkiyədir. Müharibə başlayanda proqnozumuz belə idi ki, müharibə uzun müddət davam edəcək. İndiki mənzərə də bunu göstərir”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR