KİV: ABŞ kəşfiyyatının rəhbəri Rusiyaya nüvə silahından istifadənin fəsadları barədə mesaj verəcək - YENİLƏNİB

KİV: ABŞ kəşfiyyatının rəhbəri Rusiyaya nüvə silahından istifadənin fəsadları barədə mesaj verəcək - YENİLƏNİB
# 14 noyabr 2022 18:16 (UTC +04:00)

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns rusiyalı həmkarı, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşmək üçün Ankaradadır.

APA-nın Moskva müxbiri verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, Börns Narışkinlə Ukraynada nizamlanmanı müzakirə etməyəcək.

Qeyd olunub ki, ABŞ kəşfiyyatının rəhbəri Rusiya Federasiyasına nüvə silahından istifadənin fəsadları barədə mesaj vermək niyyətindədir. Onun Rusiyadan olan həmkarı ilə danışıqlar aparmaq üçün Ankaraya səfəri ilə bağlı Ukraynaya əvvəlcədən xəbərdarlıq edilib.

***

14:02

Türkiyənin Ankara şəhərində Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar həyata keçirilir.

APA xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Həmçinin əlavə olunub ki, görüşdə iştirak etmək üçün Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Ankaraya gedib.

Görüşün keçirilməsi haqda öncədən məlumat verilməyib və danışıqların təfərrüatı barədə heç nə məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR