KİV: Aİ Rusiya ilə ticarət edən Ermənistan şirkətinə sanksiya tətbiqini müzakirə edəcək

KİV: Aİ Rusiya ilə ticarət edən Ermənistan şirkətinə sanksiya tətbiqini müzakirə edəcək
# 08 may 2023 11:05 (UTC +04:00)


Avropa İttifaqı (Aİ) Rusiya ilə ticarət edən Çin firmalarına sanksiyalar tətbiq edəcək, siyahıda Ermənistan şirkəti də var.

APA xəbər verir ki, bu barədə “Financial Times” nəşri Aİ-nin hazırladığı sanksiya layihəsinə əsasən yazıb.

Qeyd edək ki, Aİ bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Bildirilib ki, Rusiyaya texniki avadanlıq satması iddia edilən Çin şirkətlərinə qarşı Aİ tərəfindən sanksiyalar tətbiq etmək təklifi nəzərdən keçirilir.

Aİ ölkələri nümayəndələrinin 10 mayda müzakirə etməyə hazırlaşdıqları növbəti, 11-ci anti-Rusiya sanksiyalar paketinə yarımkeçiricilər, mikroçiplər və digər elektron məhsul satışı ilə məşğul olan 7 Çin şirkəti daxildir.

Çin şirkətləri ilə yanaşı, Ermənistana aid bir, Birləşmiş Ərəb Əmirlikləri və Suriyaya aid bir neçə şirkətə eyni səbəblərdən sanksiyaların tətbiqi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR