KİV: Aİ Rusiyadan kürü, spirtli içki və siqaret idxalını qadağan edə bilər

KİV: Aİ Rusiyadan kürü, spirtli içki və siqaret idxalını qadağan edə bilər
# 29 sentyabr 2022 12:05 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Rusiyadan kürü, spirtli içki və siqaret idxalının qadağan olunmasını planlaşdırır.

APA xəbər verir ki, bu barədə “EUobserver” qəzeti məlumat yayıb.

Həmçinin o da qeyd olunur ki, Rusiyanın nəhəng şirkəti olan “Alros”a da qadağalar tətbiq edilməsi planlaşdırılır.

Aİ əlavə olaraq, politoloq və filosof Aleksandr Duqin, musiqiçilər Yuliya Çiçerina, Oleq Qazmanov və Nikolay Rastorquyev də daxil olmaqla, 29 nəfər Rusiya vətəndaşını qara siyahıya əlavə etmək niyyətindədir.

Tətbiq ediləcək məhdudiyyətlər həmçinin “Qazprom neft”, “Rosneft” və “Transneft”lə yeni müqavilələrə də təsir edə bilər.

Avropa Komissiyası və Avropa xarici əlaqələr xidməti sentyabrın 28-də bu təklifləri irəli sürüb, hansı ki, Aİ ölkələri vətəndaşlarının Kremllə əməkdaşlığının qadağan edilməsi də burada yer alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR