KİV: Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

KİV: Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
# 15 iyul 2022 12:46 (UTC +04:00)

Avropa Komissiyası Rusiyaya qarşı qızıl idxalını məhdudlaşdıracaq və Rusiyadan ərzaq ixracına mane olmamaq üçün mövcud məhdudlaşdırıcı tədbirləri dəyişdirəcək 7-ci paket sanksiyaları qəbul etməyə hazırlaşır.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən Aİ mənbələri bildirib.

Mənbələrdən biri əvvəlki sanksiyalarla müqayisədə məhdud əhatə dairəsinə görə bu sanksiyalar paketini dəstəkləyici paket adlandırıb.

Aİ hökumətlərinin təsdiqinə ehtiyacı olan layihə paketinə Rusiya qızılının Aİ-yə idxalına qadağa daxildir və bu, yeni sanksiyaların qəbulundan sonra tətbiq ediləcək.

Mənbələrdən biri bu tədbirin üçüncü ölkələr vasitəsilə Rusiya qızılının idxalına da təsir edəcəyini əlavə edib, lakin o, bu sanksiyanın detalları barədə məlumat verməyib.

“Brüssel həmçinin hərbi məqsədlər üçün istifadə oluna bilən malların, o cümlədən kimyəvi maddələrin və maşınların idxalına yeni məhdudiyyətlər tətbiq etməklə, mövcud tədbirləri sərtləşdirəcək”, - mənbə bildirib.

Qeyd olunub ki, yeni sanksiyalar paketinə Kremlə yaxın yeni hüquqi və fiziki şəxslərin aktivlərinin dondurulması və səyahət qadağaları da əlavə olunacaq.

Bundan başqa, Komissiya, həmçinin Rusiyadan ərzaq və taxıl ixracına zərbə vurmamaq üçün mövcud sanksiyalara bəzi dəyişikliklər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR