KİV: Almaniya, Fransa və Polşa liderləri Parisdə Ukraynanı müzakirə edəcəklər

KİV: Almaniya, Fransa və Polşa liderləri Parisdə Ukraynanı müzakirə edəcəklər
# 09 iyun 2023 10:48 (UTC +04:00)

Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və Polşa Prezidenti Andjey Duda Parisdə Ukraynanın təhlükəsizliyinin təminatına zəmanət məsələlərini müzakirə edəcəklər.

APA xəbər verir ki, bu barədə “Politico” nəşri Fransa rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, 3 ölkə liderinin Paris görüşü gələn həftənin bazar ertəsi gününə planlaşdırılıb.

Görüşdə Ukraynanın NATO-ya üzvlüklə bağlı müraciəti və bu ilin iyulunda keçiriləcək NATO sammiti ərəfəsində Alyans ölkələrinin Ukrayna üçün təhlükəsizlik təminatlarının müzakirə olunacağı gözlənilir.

Xatırladaq ki, ötən həftə Makron Ukrayna üçün güclü təhlükəsizlik təminatlarının verilməsinə çağırış edib, həmçinin NATO-ya üzv olmaq üçün Ukraynaya konkret yol təklif etməyin zəruriliyini qeyd edib.

Almaniya kansleri isə qeyd edib ki, hazırda bütün diqqət Ukraynanın Alyansa üzvlüyünə deyil, Ukraynaya hansı formada dəstək verilə biləcəyinə yönəlməlidir.

Polşa tərəfi də öz növbəsində Ukrayna üçün güclü təhlükəsizlik zəmanəti tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR