KİV: Almaniya iyunda Malidən hərbçilərini çıxarmağa başlayacaq

KİV: Almaniya iyunda Malidən hərbçilərini çıxarmağa başlayacaq
# 31 mart 2023 11:45 (UTC +04:00)

Almaniya bu ilin iyun ayında Malidən hərbçilərini çıxarmağa başlayacaq.

APA xəbər verir ki, bu barədə “Der Spiegel” hakimiyyətdəki mənbələrinə istinadən yazıb.

Nəşrin qeyd etdiyi kimi, Almaniya hakimiyyət orqanlarının rəsmi planlarına görə, BMT Mali Çoxtərəfli İnteqrasiya Sabitlik Missiyasında alman hərbçilərin iştirakı gələn ilin yayına qədər tamamlanmalıdır.

Həmçinin bildirilib ki, Malidəki Almaniya hərbi kontingentinin oradan çıxarılması maddi-texniki bazasına görə çox vaxt aparacaq: bütün texnika və avadanlıqları çıxarmaq üçün 1700 ədəd yük konteyneri lazımdır.

Bu səbəbdən də, həmin yüklər əvvəlcə qonşu Nigeriyaya göndəriləcək, çünki orada hərbi təyyarələri qəbul etmək üçün böyük aerodrom var və sonra təyyarə ilə Almaniyaya çatdırılacaqlar.

Qeyd edək ki, rəsmi məlumatlarda Almaniyanın Malidə 1100 nəfər hərbçisinin olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR