KİV: Almaniya Ukraynaya 100 ədəd haubitsasının satışını təsdiqləyib

KİV: Almaniya Ukraynaya 100 ədəd haubitsasının satışını təsdiqləyib
# 27 iyul 2022 17:39 (UTC +04:00)

Almaniya Ukraynaya 1,7 milyard avro dəyərində 100 ədəd özüyeriyən haubitsasının satışını təsdiqləyib.

APA "Der Spiegel"ə istinadən xəbər verir ki, bu barədə istehsalçı Krauss-Maffei Wegmann (KMW) şirkətinin sözçüsü bildirib.

Nəşrin məlumatına görə, KMW artıq tamamlanması bir neçə il çəkəcək "Panzerhaubitze 2000" model haubitsalarının istehsalına başlayıb. Qeyd olunub ki, haubitsalardan ilk partiyanın nə vaxt təhvil veriləcəyi hələ məlum deyil.

Xatırladaq ki, Ukrayna Rusiya ilə müharibə fonunda ölkənin Sovet dövründən qalma mövcud arsenalında sursat tükəndiyi üçün Qərbdən daha çox və daha yaxşı artilleriya istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR