KİV: Almaniyada qaçqınlar üçün sığınacaqda baş verən yanğında uşaq ölüb

KİV: Almaniyada qaçqınlar üçün sığınacaqda baş verən yanğında uşaq ölüb
# 04 iyun 2023 12:06 (UTC +04:00)

Almaniyanın Apolda şəhərində (Türinqiya) qaçqınlar üçün sığınacaqlardan birində bazar günü yanğın baş verib.

APA xəbər verir ki, MDR telekanalının yerli polisə istinadən verdiyi məlumata görə, 8 nəfər yaralanıb, bir uşaq ölüb.

Məlumata görə, uşaq evinin yerləşdiyi bina tamamilə yanıb. Orada 300-ə yaxın insan yaşayırdı. Yanğının söndürülməsində 100-ə yaxın yanğınsöndürən iştirak edib.

Hadisənin səbəbi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR