KİV: Almaniyanın yeni müdafiə naziri sabah elan olunacaq

Almaniya MN

© APA | Almaniya MN

# 16 yanvar 2023 15:33 (UTC +04:00)

Almaniyanın yeni müdafiə nazirinin kimliyi sabah açıqlanacaq.

APA xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Nəşr namizədlər sırasında hazırkı əmək naziri Hubertus Heil, Almaniya kanslerinin departament rəhbəri Volfqanq Şmidt, hərbçilərlə iş üzrə səlahiyyətli şəxs Eva Höql və Almaniya Sosial-demokrat Partiyasının lideri Lars Klinqbeylin adlarını qeyd edib.

Xatırladaq ki, bu gün Almaniya kansleri Olaf Şolts müdafiə naziri Kristin Lambrextin istefasını qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR