KİV: Bayden Polşaya səfər edəcək

KİV: Bayden Polşaya səfər edəcək
# 08 fevral 2023 00:48 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Ukraynada hərbi əməliyyatların başlanmasının birinci ildönümü ərəfəsində Polşaya səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə NBC kanalı xəbər verib. Bildirilib ki, səfərlə bağlı yekun qərar hələ verilməyib və plan dəyişə bilər.

Fevralın əvvəlində Polşanın “Dziennik Gazeta Prawna” nəşri ABŞ prezidentinin Polşaya səfərinə hazırlıq barədə məlumat yayıb. Nəşr yazıb ki, Bayden Polşa prezidenti Anjey Duda və Ukrayna lideri Vladimir Zelenski ilə görüşməyi planlaşdırır. Görüş Varşavada və ya sərhəddə yerləşən Rzeşov şəhərində baş tuta bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR