KİV: Bir neçə NATO ölkəsi Stoltenberqdən uzun müddət alyansın rəhbəri olaraq qalmasını istəyib

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 21 yanvar 2022 22:05 (UTC +04:00)

NATO-ya dail olan bir sıra böyük ölkələr Yens Stoltenberqə oktyabrın əvvəlində hazırkı səlahiyyət müddəti başa çatdıqdan sonra da alyansın baş katibi vəzifəsini davam etdirməyi təklif edilər.

APA “Verdens Gang” nəşrinə istinadən xəbər verir ki, xüsusilə ABŞ və Almaniya da Stoltenberqdən baş katib postunda qalmağı xahiş edən ölkələr arasında olub.

Qəzet yazır ki, hətta dekabrda Stoltenberqin Norveç Mərkəzi Bankının rəhbəri vəzifəsinə müraciət etdiyi məlum olduqdan sonra da alyans ölkələrinin yüksək səviyyəli rəhbərləri ondan hazırkı vəzifəsində işləmək istəyib-istəmədiyini soruşublar.

2021-ci ilin sonunda NATO-nun baş katibi Norveç Mərkəzi Bankının rəhbəri kimi işə başlamaq üçün çox həvəsli olduğunu, lakin namizədliyi dəstəklənərsə, NATO mandatı bitənə qədər bunu edə bilməyəcəyini söyləyib.

Norveç mətbuatının yazdığına görə, parlamentindəki əksər partiyalar Stoltenberqin Mərkəzi Bankın rəhbəri postuna namizədliyini dəstəkləmir. Xüsusilə, bir neçə siyasətçi onun əvvəllər lideri olduğu hakim Fəhlə Partiyası ilə əlaqələrini nəzərə alaraq, onun bu postda nə dərəcədə müstəqil olacağı ilə bağlı narahatlığını bildiriblər. Mərkəzi Bankın yeni rəhbəri ilə bağlı yekun qərarı isə hökumət verəcək.

Qeyd edək ki, Mərkəzi Bankın rəhbəri postuna daha çox ehtimal olunan namizəd onun vitse-prezidenti İda Volden Baxedir.

Xatırladaq Daha əvvəl iki dəfə (2000-2001 və 2005-2013) Norveçin baş naziri vəzifəsini icra edən Stoltenberq 2014-cü il oktyabrın 1-dən NATO-ya rəhbərlik edir. Onun bu vəzifədə mandatı iki dəfə uzadılıb. O, 2022-ci il sentyabrın 30-dək bu vəzifəni icra edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR