Boris Conson istefa verib: "Çox kədərliyəm" - YENİLƏNİB-1 - VİDEO

Boris Conson

© APA | Boris Conson

# 07 iyul 2022 15:33 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib.

APA xəbər verir ki, o, bu barədə xalqa müraciəti zamanı bildirib.

“Bilirəm ki, bu qərarıma görə, nə qədər adam rahatlayacaq, eyni zamanda, nə qədər adam kədərlənəcək. Bilməyinizi istərdim ki, mən dünyanın ən yaxşı vəzifəsindən istefa verdiyim üçün çox kədərliyəm”, - Conson bəyan edib.

***

12:39

Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün xalqa müraciət edəcək.

APA xəbər verir ki, bu barədə Baş nazirin iqamətgahından açıqlama verilib.

BBC-nin xəbərinə görə, Boris Conson nazirlərin və deputatların dəstəyini itirdikdən sonra Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verəcək.

Bildirilib ki, yaxın zamanda Mühafizəkarlar Partiyasına yeni lider seçilməsi üçün kampaniya başlayacaq və partiyanın oktyabrda keçiriləcək konfransında yeni Baş nazir təyin ediləcək.

Bu müddətdə isə, yəni oktyabr ayınadək Conson Baş nazir vəzifəsinin icrasını davam etdirəcək.

***

12:13

Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verir.

APA xəbər verir ki, bu barədə Britaniyanın İTV telekanalı məlumat yayıb.

Britaniyanın yeni təyin olunan maliyyə naziri Nadhim Zahavi də bir müddət əvvəl Baş nazir Boris Consonu istefa verməyə çağırıb:

“Mənim bir nömrəli prioritetim bu böyük ölkə olub və həmişə belə olacaq. Nazir olmaq istəyəndə də mən bunu sədaqətlə etdim. Şəxsə yox, bu ölkəyə və bu ölkənin mənə verdiklərinə görə vəzifəni qəbul etdim.

Britaniyanın üzləşdiyi problemlər: istər inflyasiya, istərsə də Ukraynada Putinin müharibəsi olsun, biz heç nəyə fasilə verməyəcəyik. Dövlətin əsas ofislərinin milli böhranla işləməyə davam etməsi çox vacibdir. Əgər insanlar bu qərarıma görə mənim haqqımda pis fikrə düşürlərsə, bu, mənim məsuliyyətinə hazır olduğum tənqiddir.

Dünən mən kabinetdəki həmkarlarımla bərabər Baş nazirə bildirdim ki, prosesdə yalnız bir istiqamət var və o, ləyaqətlə getməlidir. 30 illik köhnə dostuma verdiyim bu məsləhəti gizli saxladım.

Onun qulaq asmadığına və indi bu gec saatda bu hökumətin inanılmaz nailiyyətlərini sarsıtdığına görə kədərlənirəm. Heç kim “Brexit”i yerinə yetirməyi, təhlükəli antisemitizmlə, COVID-lə mübarizəmizi və ehtiyac anında Ukraynaya dəstəyimizi unutmayacaq.

Lakin ölkə təkcə sabit deyil, həm də onunla hərəkət edən hökumətə layiqdir, ölkə həmrəyliyə layiqdir.

Baş nazir, siz üzərinizə düşənin, nəyin doğru olduğunu bilirsiniz və indi gedin!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR