KİV: Ərdoğan İsrailə səfər etməyi planlaşdırır

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 20 sentyabr 2022 15:22 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfər etməyi planlaşdırır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə İsrail KİV-ləri məlumat yaylb.

“Jewish Telegraphic” agentliyi qeyd edib ki, Ərdoğan belə bir niyyətinin olduğunu ABŞ-da görüşdüyü yəhudi liderlərinə bildirib, lakin mümkün səfərin tarixini açıqlamayıb.

Eyni zamanda “Middle East Eye” nəşrinə danışan yüksək rütbəli türk rəsmisi səfərin İsraildə noyabrın 1-də keçiriləcək ümumi seçkilərdən sonra baş tuta biləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR