KİV: İranın nüvə proqramı razılaşması üzrə danışıqlarda texniki irəliləyişin olduğu bəyan edilib

KİV: İranın nüvə proqramı razılaşması üzrə danışıqlarda texniki irəliləyişin olduğu bəyan edilib
# 29 dekabr 2021 02:14 (UTC +04:00)

Vyanada İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpası üzrə danışıqların iştirakçıları nəticə etibarı ilə texniki tərəqqi olduğunu bəyan edərək, sıx qrafiklə işin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

APA-nın məlumatına görə, bu barədə Britaniya, Fransa və Almaniya diplomatlarına istinadən Reuters məlumat yayıb.

Diplomatların fikrincə, sövdələşməni bərpa etmək üçün tərəflərə konkret müddət göstərilməsə də bir neçə həftə vaxt lazımdır.

Qeyd edək ki, Vyana danışıqlarında İran və ABŞ nümayəndə heyətləri arasında hələ də birbaşa əlaqə yoxdur. Tərəflərin dialoqu dolayısı ilə Avropa İttifaqının koordinatoru vasitəsilə gedir. Bununla bağlı Ulyanov ABŞ nümayəndə heyətinə rəhbərlik edən ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli ilə praqmatik əməkdaşlığı qeyd edib. Rusiyalı diplomat Vyanada görülən işlərdə əhəmiyyətli irəliləyiş əldə etməyə imkan verən Rusiya və ABŞ-ın səylərini ümidverici adlandırıb.
Xatırladaq ki, İranın nüvə sazişi üzrə danışıqlar 2021-ci ilin aprelindən Vyanada aparılır. Tərəflər artıq altı mərhələ ərzində hazırlanmış sənədlər əsasında işin davam etdiriləcəyini təsdiqləyiblər. Bildirilib ki, bütün tərəflər BHFP-ni ilkin formada bərpa etməyə çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR