KİV: İspaniya Müdafiə Nazirliyinə içində partlayıcı olan bağlama göndərilib - YENİLƏNİB

KİV: İspaniya Müdafiə Nazirliyinə içində partlayıcı olan bağlama göndərilib - YENİLƏNİB
# 01 dekabr 2022 14:51 (UTC +04:00)

Bu gün səhər İspaniyanın Müdafiə Nazirliyinə içində partlayıcı maddə olan məktub göndərilib.

APA xəbər verir ki, bu barədə “El Mundo” qəzeti məlumat yayıb.

Qəzet bundan əvvəl Torrexon-de Ardos şəhərindəki aviabazada içində partlayıcı maddə olan bağlama aşkar edildiyini bildirmişdi.

***

12:34

İspaniya təhlükəsizlik qüvvələri poçt bağlaması ilə göndərilmiş daha bir partlayıcı qurğu aşkarlayıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, məlumatı "El Mundo" qəzeti yayıb.

Bildirilib ki, partlayıcı qurğu Madrid yaxınlığındakı Torrejon de Ardoz aviabasına ünvanlanıb.

Xatırladaq ki, İspaniya polisi ötən gün Madriddəki Ukrayna səfirliyinə və Saraqosadakı silah istehsalçısına poçt bağlaması ilə göndərilmiş 2 partlayıcı qurğu və aşkarlandığını açıqlayıb. Bunlardan birincisi partlayaraq Ukrayna səfirliyinin rəsmisinə yüngül xəsarət yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR