KİV: İspaniya Ukraynaya 4 ilə 6 arasında "Leopard" verməyi planlaşdırır

KİV: İspaniya Ukraynaya 4 ilə 6 arasında "Leopard" verməyi planlaşdırır
# 01 fevral 2023 10:45 (UTC +04:00)

İspaniya hökuməti Ukraynaya hərbi yardım çərçivəsində 4-6 ədəd “Leopard 2A4” tanklarını tədarük etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” nəşri bildirib.

Nəşrin məlumatına görə, göndəriləcək tankların sayı Saraqosada təxminən 10 ildir ki, saxlanılan 53 texnikanın vəziyyətindən asılı olacaq.

Hazırda İspaniya Müdafiə Nazirliyi tankların təcili surətdə təmir olunması ilə bağlı danışıqlar aparır, bir tankın təmiri üçün tələb olunan vəsait yarım milyon avrodan yuxarı ola bilər.

Tankların bərpası üçün təxminən iki ay yarım vaxt lazımdır ki, bu da Ukrayna hərbçilərinin Britaniyada keçdikləri tankçı təlimlərinin başa çatması müddəti ilə üst-üstə düşür.

Həmçinin o da əlavə olunub ki, Ukraynaya hərbi yardım çərçivəsində Almaniya 14 ədəd, Kanada isə 4 ədəd “Leopard” tankı göndərəcəyini elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR