KİV: Kiyevdə Roma Papasının elçisinə Zelenskinin sülh formulu barədə məlumat veriləcək

KİV: Kiyevdə Roma Papasının elçisinə Zelenskinin sülh formulu barədə məlumat veriləcək
# 05 iyun 2023 19:22 (UTC +04:00)

Roma Papasının elçisi, İtaliya Yepiskopları Konfransının rəhbəri kardinal Matteo Zuppinin Kiyevə səfəri Ukrayna prezidenti Vladimir Zelenskinin özünün 10 bəndlik sülh formulu haqqında məlumat vermək fürsəti yaradacaq.

APA xəbər verir ki, bu barədə ANSA agentliyi Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb.

“Bu, Vatikana Zelenskinin 10 bəndlik sülh formulu haqqında daha çox məlumat əldə etməyə imkan verəcək", - qeyd olunub.

ANSA-nın mənbəsi onu da vurğulayır ki, Ukrayna Vatikandan qeyri-qanuni yollarla Rusiya Federasiyasına aparılan ukraynalı uşaqların geri qaytarılmasına kömək edəcəyini də gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR