KİV: “Leopard 2” tankları Ukraynada 3 aydan sonra istifadə edilə bilər

KİV: “Leopard 2” tankları Ukraynada 3 aydan sonra istifadə edilə bilər
# 25 yanvar 2023 17:19 (UTC +04:00)

“Leopard 2” tankları Ukraynada təxminən 3 aydan sonra istifadə edilə bilər.

APA CNN-ə istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, Ukrayna hərbçilərinə əvvəlcə təlimlər keçiriləcək, daha sonra tanklar Kiyevə göndəriləcək.

Pistorius “Leopard 2” tanklarının Ukraynaya göndərilməsinin tarixi qərar olduğunu vurğulayıb.

Əlavə edib ki, Almaniya müharibə davam etdiyi müddətcə Ukraynaya əlavə silah sistemlərinin göndərilməsini də müzakirə edəcək.

“Lakin, vacib olan bizim müharibənin tərəfi olmamağımızdır”, - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR