KİV: Macarıstan Prezidenti Ukraynaya səfər edib

Katalin Novak

© APA | Katalin Novak

# 26 noyabr 2022 14:27 (UTC +04:00)

Macarıstan Prezidenti Katalin Novak Ukraynaya səfər edib.

APA xəbər verir ki, bu barədə Macarıstanın ATV telekanalı məlumat yayıb.

Səfərin Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvəti ilə baş tutduğu qeyd olunub.

Novak qatarla Polşa ərazisindən keçərək Ukraynaya gedib və artıq Kiyev şəhərindədir.

Qeyd olunub ki, Macarıstan Prezidentinin bu səfəri barədə öncədən məlumat verilməməsi və proqrama salınmaması təhlükəsizlik tədbirləri ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR