KİV: Moskva və Kiyev Ukraynadan taxıl ixracı ilə bağlı razılığa gəlməyə yaxındır

KİV: Moskva və Kiyev Ukraynadan taxıl ixracı ilə bağlı razılığa gəlməyə yaxındır
# 19 iyul 2022 23:22 (UTC +04:00)

Moskva və Kiyev Ukraynadan taxıl ixracı ilə bağlı razılığa gəlməyə yaxındır, lakin gəmilərin və limanların təhlükəsizliyinə təminatla bağlı ortaq məxrəcə hələ çatmayıblar.

APA-nın xəbərinə görə, bu barədə "Financial Times" qəzeti BMT-nin himayəsi altında və Türkiyənin vasitəçiliyi ilə aparılan müzakirələrə yaxın mənbələrə istinadən yazıb.

Məqalədə qeyd edilib ki, Moskva və Kiyev gəmilərin limanlara, o cümlədən Odessaya hərəkəti zamanı izləmə mexanizmləri barədə razılığa gəlib. Müşahidə iki nəzarət mərkəzindən aparılacaq. Onlardan biri İstanbulda, digəri Qara dənizdə, gəmilərin yoxlanılacağı yerdə, ola bilsin ki, Odessada yerləşəcək. “Financial Times”ın həmsöhbətlərinin fikrincə, Rusiya da ərzaq yüklü gəmiləri atəşə tutmayacağına dair müəyyən zəmanətlər verib.

Bununla belə, qeyd olunur ki, Ukrayna nümayəndələri Rusiya Federasiyasının təklifləri ilə tam razı deyil və Rusiya tərəfdən Ukrayna limanlarına hücum edilməyəcəyinə dair zəmanət tələb edirlər. Eyni zamanda, Aİ-dəki mənbələrə istinadən nəşr Ukrayna rəsmilərinin gələcək sövdələşmənin parametrlərinin yaxın bir neçə gündə razılaşdırıla biləcəyini yazıb. Buna baxmayaraq, əsas məsələlər üzrə razılaşmaların olmaması taxıl ixracının üç həftədən tez başlamayacağını deməyə əsas verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR