KİV: Polşa və Litva Rusiyanın nüvə sektoruna sanksiya tətbiq edilməsini istəyir

KİV: Polşa və Litva Rusiyanın nüvə sektoruna sanksiya tətbiq edilməsini istəyir
# 13 yanvar 2023 19:51 (UTC +04:00)

Polşa və Litva Rusiyaya qarşı 10-cu sanksiya paketi çərçivəsində ölkənin nüvə sektoruna da məhdudiyyətlərin tətbiq olunmasını istəyir.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının iki ölkəsindən olan yüksək vəzifəli məmur məlumat verib.

Onlar Polşa və Litvanın Aİ-nin Rusiyanın “Rosatom” şirkəti ilə əməkdaşlığı dondurmağı, onun rəhbərliyini “qara siyahı”ya salmağı təklif edir.

Bundan başqa, 10-cu sanksiya paketi çərçivəsində Rusiyanın daha çox KİV-nin yayımının məhdudlaşdırılması, daha çox Rusiya bankının “SWIFT” beynəlxalq pul köçürmə sistemindən çıxarılmasını təklif olunub.

Paketdə Rusiya ilə yanaşı, Belarusa qarşı sanksiyaların genişləndirilməsi də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR