KİV: Praqada Ukraynadan olan qaçqınlara yardım mərkəzi bağlanacaq

KİV: Praqada Ukraynadan olan qaçqınlara yardım mərkəzi bağlanacaq
# 15 iyun 2022 07:40 (UTC +04:00)

Praqa meriyası şəhərdə Ukraynadan olan qaçqınlara yardım üzrə regional mərkəzi bağlamaq qərarına gəlib.

APA xəbər verir ki, bu barədə çərşənbə axşamı CTK xəbər agentliyi şəhər meri Zdenek Hribə istinadən məlumat yayıb.

Qərarın səbəbi Çexiya paytaxtının ukraynalı qaçqınlarla dolu olması və onlara səmərəli yardım göstərmək imkanının olmaması olub.

Fevralın 24-dən Praqaya Ukraynadan 86 706, paytaxta bitişik Mərkəzi Çexiya regionundan isə 53 600 qaçqın gəlib.

Ölkə üzrə müvəqqəti sığınacaq almış 370 mindən çox ukraynalının üçdə birindən çoxu bu regionda yerləşir.

Şəhər meriyası hökumət qarşısında qaçqınların Çexiyanın regionları arasında bərabər paylanması üçün təxirəsalınmaz tədbirlərin görülməsi tələbini qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR