KİV: Rusiya və ABŞ nümayəndələri yanvarın 10-da görüşəcək

Ağ Ev

© APA | Ağ Ev

# 28 dekabr 2021 09:59 (UTC +04:00)

Rusiya və ABŞ nümayəndələri yanvarın 10-da Ukraynadakı situasiya ətrafında və Rusiyanın NATO-a təklif etdiyi təhlükəsizlik təminatları ilə bağlı danışıqlar aparacaq.

APA-nın Frans-Press-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi məlumat verib.

“ABŞ Rusiya ilə dialoqa ümid edir”, - mənbə qeyd edib.

Görüşün yanvarın 10-da baş tutması planlaşdırılır.

Milli Təhlükəsizlik Şurasının nümayəndəsi yanvarın 12-də Rusiya-NATO Şurasının iclasının , yanvarın 13-də isə ATƏT və Rusiya nümayəndələrinin görüşünün keçiriləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR