KİV: Şolts Putinlə görüşmək istəyir

Vladimir Putin, Olaf Şolts

© APA | Vladimir Putin, Olaf Şolts

# 03 yanvar 2022 12:10 (UTC +04:00)

Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə yanvarda görüşmək istəyir.

APA-nın xəbərinə görə, bu barədə "Bild" öz mənbələrinə istinadən yazıb.

Nəşrə görə, Kansler Şolts Rusiya siyasətini prioritet etmək istəyir. "Kansler Rusiya Prezidenti Putinlə “yeni keyfiyyətli başlanğıc” istəyir və Milad bayramından bir müddət əvvəl Kreml rəhbəri ilə telefonla danışıb", nəşr yazıb.

"Bild"in məlumatına görə, yanvarda onların görüşü olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR