KİV: Türkiyə Moskvada Suriya ilə bağlı keçiriləcək görüşdə terrorla mübarizəyə diqqət yetirəcək

KİV: Türkiyə Moskvada Suriya ilə bağlı keçiriləcək görüşdə terrorla mübarizəyə diqqət yetirəcək
# 14 mart 2023 11:15 (UTC +04:00)

Türkiyə Moskvada Suriya ilə bağlı keçiriləcək görüşdə terrorla mübarizəyə diqqət yetirəcək.

APA xəbər verir ki, bu barədə “TRT Haber” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Görüşün 15-16 mart tarixlərində baş tutacağı qeyd olunub: “15-16 mart tarixlərində Moskvada Suriya ilə bağlı keçiriləcək dördtərəfli danışıqlarda Türkiyə nümayəndə heyəti əsas diqqəti terrorla mübarizə, Suriyada siyasi proseslərin canlandırılması və Konstitusiya Komitəsinin iclaslarının davam etdirilməsi məsələlərini müzakirə edəcək”.

İclasda Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar başçılıq edəcək. Rusiyanı Prezidentin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov, İranı Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müşaviri Əli-Əsgər Xaci, Suriyanı Əsəd rejiminin xarici işlər nazirinin müavini Ayman Susan təmsil edəcəklər.

Moskvada keçiriləcək danışıqlar texniki xarakter daşıyacaq və dörd ölkənin XİN rəhbərlərinin görüşünə hazırlıq xarakteri daşıyacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR