KİV: Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşü Qarsda keçirilə bilər - YENİLƏNİB

KİV: Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşü Qarsda keçirilə bilər - YENİLƏNİB
# 11 avqust 2022 19:00 (UTC +04:00)

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında növbəti görüş sentyabrda Qarsda keçirilə bilər.

APA xəbər verir ki, bu barədə Türkiyənin “Ulusal” telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, danışıqlarda iki ölkənin xarici işlər, ticarət və nəqliyyat qurumlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur. Görüşün yekununa dair texniki məsələlərin hazırlanmasına başlanacaq.

“Ulusal” TV-nin istinad etdiyi XİN-dəki yüksək vəzifəli diplomatik mənbənin sözlərinə görə, Türkiyə tərəfi artıq Ermənistanla həmsərhəd ərazilərə baxış keçirib.

Onlar xüsusilə iki ölkəni birləşdirən Əlican körpüsü və yolun təmirinin zəruriliyinə diqqət yetiriblər.

Türkiyədə hesab edirlər ki, sərhəd açılandan sonra Ermənistan vətəndaşları sərhəd rayonlarına böyük maraq göstərəcək. Qeyd olunur ki, hətta bəzi yerli sakinlər bunu nəzərə alaraq, Ermənistandan gələcək qonaqlara xidmət üçün evlərini hotel tipində yenidən qurmağa başlayıb.

Qeyd edək ki, “A Haber” telekanalı bu gün Türkiyə Xarici İşlər Nazirliyindəki adı açıqlanmayan diplomata istinadən Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşünün sentyabrda keçiriləcəyi barədə xəbər yayıb. Mənbə bildirib ki, Ankara görüşün üçüncü ölkədə keçirilməsinin tərəfdarı deyil.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan isə növbəti görüşün keçiriləcəyinə dair tərəflər arasında hələlik razılaşma olmadığını açıqlayıb.

Bu günə qədər səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında 4 görüş olub.

***

13.26

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında növbəti görüş sentyabrda keçiriləcək.

APA ahaber.com.tr-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki adı açıqlanmayan diplomat məlumat verib.

Qeyd edək ki, bu günə qədər Ankaranın təmsilçisi səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan 4 dəfə görüş keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR