KİV: Ukraynadakı münaqişənin həll yollarını Çin və Fransa birgə axtarırlar

KİV: Ukraynadakı münaqişənin həll yollarını Çin və Fransa birgə axtarırlar
# 06 iyun 2023 16:29 (UTC +04:00)

Ukraynadakı münaqişənin həll yollarını Çin və Fransa birgə axtarırlar.

APA “Bloomberg”ə istinadən xəbər verir ki, Çin diplomatı Van İ və Fransa Prezidenti Emmanuel Makronun xarici siyasət üzrə müşaviri Emmanuel Bonn arasında telefon danışığı olub.

Qeyd olunub ki, tərəflər Ukraynadakı münaqişənin siyasi nizamlanması prosesinin başlanması üçün şərait yaratmaq barədə razılığa gəliblər.

Xatırladaq ki, bir müddət öncə Fransa lideri gələcək danışıqlar üçün əsas kimi istifadə oluna biləcək struktur yaratmaqla bağlı Van İ ilə birgə işləmək barədə Bonna tapşırıq vermişdi.

Çinin Fransadakı səfiri bir sıra keçmiş Sovet respublikalarının suverenliyini rədd etdikdən sonra Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün Fransanın Çinlə işləmək cəhdləri tənqid edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR