Kiyev atəşə tutulub, üç nəfər ölüb 9-u yaralanıb - YENİLƏNİB - 1

Kiyev atəşə tutulub, üç nəfər ölüb 9-u yaralanıb - YENİLƏNİB - 1
# 01 iyun 2023 05:44 (UTC +04:00)

Kiyevin atəşə tutulması nəticəsində ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.

Kliçko bildirib ki, ümumilkdə üç nəfər ölüb doqquz nəfər yaralanıb.

Qeyd olunub ki, ölənlərdın ikisi uşaqdır.

***

Saat 05:00

Kiyevdə və Ukraynanın bir çox bölgələrində hava hücumundan xəbərdarlıq elan olunub.

APA xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

Qeyd olunub ki, Kiyev vilayətinin sakinlərinə raket hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

"Şəhərdə silsilə partlayışlar baş verib. Hava hücumundan müdafiə vasitələri işləyir. Sığınacaqlarda olun!" - deyə o, "Telegram"da yazıb.

Eyni zamanda, Kiyevin Desnyanski rayonunda şəhər poliklinikalarından birinə ziyan dəyib.

Onun sözlərinə görə, Dneprovskidə dağıntılar olub.

"İlkin məlumata görə, bir nəfər ölüb, daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - deyə bildirilib.

***

Saat 04:04

İyunun 1-nə keçən gecə Xarkovda partlayış səsləri eşidilib.

APA xəbər verir ki, bu barəıdə Ukrayna mediası məluumat yayıb.

Ukraynanın “Dom” telekanalının məlumatına görə, Xarkovda partlayışlar olub.

Qeyd olunur ki, ölkənin bəzi rayonlarında hava həyəcanı elan edilib.

Kiyevdə mayın 30-na keçən gecə bir neçə saat ərzində, o cümlədən Qoloseyevski və Svyatoşinski rayonlarında partlayış səsləri eşidilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR