Kiyev Belarusda ukraynalı uşaqların saxlanılması faktı ilə bağlı cinayət işi açıb

Kiyev Belarusda ukraynalı uşaqların saxlanılması faktı ilə bağlı cinayət işi açıb
# 24 may 2023 10:56 (UTC +04:00)

Ukrayna Belarus sağlamlıq düşərgələrində ukraynalı uşaqların saxlanılması faktı ilə bağlı cinayət işi açıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, valideynlərini itirmiş 6-15 yaş arası uşaqlar da daxil olmaqla 2 150 nəfər ukraynalı uşağın Belarusdan çıxarılması üçün ölkə müxalifəti təklif irəli sürüb, həmin uşaqların sağlamlıq düşərgələrinə və sanatoriyalara aparıldığını iddia edib.

Ukrayna prokurorluğu da bu iddianın əsasında təhqiqata başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR