Kiyev məhkəməsi rus hərbçini ömürlük azadlıqdan məhrum edib

Kiyev məhkəməsi rus hərbçini ömürlük azadlıqdan məhrum edib
# 23 may 2022 14:47 (UTC +04:00)

Ukraynada törədilən müharibə cinayətləri ilə bağlı məhkəmədə rus hərbçi ömürlük azadlıqdan məhrum edilib.

APA "Guardian"a istinadən xəbər verir ki, Kiyev məhkəməsi Rusiya ordusunun Ukraynaya müdaxiləsi zamanı törətdiyi hərbi cinayətlərlə bağlı məhkəmədə ukraynalı mülki vətəndaşı öldürməkdə təqsirli bilinən rus əsgəri ömürlük həbsə məhkum edib.

21 yaşlı çavuş Vadim Şişimarin müharibənin ilk günlərində Sumı vilayətində 62 yaşlı Aleksandr Şelipovu öldürməkdə təqsirli bilinib.

Hakim bildirib ki, Şişimarin istintaqla əməkdaşlıq edib peşman olduğunu bildirsə də, məhkəmə rus hərbçinin Şelipova atəş açarkən onu öldürmək niyyətində olmadığı iddiasını qəbul etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR