Kiyev meri: Almaniya hökuməti qərar qəbul etməkdə çox ləngdir, bunun ən ağır bədəlini ödəyirik

Kiyev meri: Almaniya hökuməti qərar qəbul etməkdə çox ləngdir, bunun ən ağır bədəlini ödəyirik
# 13 mart 2023 11:16 (UTC +04:00)

Yanvar ayında Rusiyanının Kiyevə kütləvi raket zərbələrinə görə şəhərin meri Vitali Kliçko əhalinin təxliyyəsini nəzərdən keçirib.

APA xəbər verir ki, bu barədə Klitçko RND-yə bildirib.

Onun sözlərinə görə, Rusiyanın Kiyevin mülki infrastrukturuna davamlı zərbələri şəhərdə vəziyyəti ağırlaşdırıb.

"Yanvar ayında biz əhalini təxliyə etməklə bağlı çağırışa çox yaxın idik. Ən ağır blokada14 saat davam etdi. Şəhərdə işıq, su, istilik yox idi. Ancaq xoşbəxtlikdən hava mülayim idi".

Kliçko bildirib ki, üç milyona yaxın əhalisi olan Kiyevdə infrastruktur ancaq "çox güc və enerji sayəsində dağılmaqdan xilas olub. Bələdiyyələr, işçilər gecə-gündüz işləyirdilər".

Kliçko Almaniyanın "Iris-T" hava hücumundan müdafiə sistemi haqqında da danışıb: "Müdafiə sistemi Kiyevə hava hücumları zamanı minlərlə insanın həyatını xilas etdi".

Kliçko eyni zamanda federal hökuməti tənqid edib.

"Almaniya Ukraynaya maliyyə yardımı və silah tədarükü baxımından ən böyük dəstək verənlərdən biridir, amma Almaniya hökuməti qərar qəbul etməkdə çox ləngdir və biz bunun ən ağır bədəlini ödəyirik: əsgərlərimizin və vətəndaşlarımızın həyatı ilə", Kiyev meri əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR