Kiyev vilayətində 1235 mülki sakinin meyiti aşkarlanıb

Kiyev vilayətində 1235 mülki sakinin meyiti aşkarlanıb
# 04 may 2022 13:55 (UTC +04:00)

“Son 24 saat ərzində Kiyev vilayətində Rusiya hərbçiləri tərəfindən öldürülən daha 20 mülki vətəndaşın meyiti tapılıb”.

APA "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Kiyev regionunun polis departamentinin rəhbəri Andrey Nebitov deyib.

Nebitovun sözlərinə görə, mayın 4-nə olan məlumata görə, Kiyev vilayətinin polisi 1235 mülki vətəndaşın meyitini aşkar edib və müayinə edib. 282 nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

O qeyd edib ki, çox sayda mülki vətəndaş Rusiya qüvvələri tərəfindən Ukraynadan zorla deportasiya edilib və bu şəxslərlə əlaqə kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR