Kiyevdə partlayışlar olub, xəsarət alan var

Kiyevdə partlayışlar olub, xəsarət alan var
# 30 may 2023 04:43 (UTC +04:00)

Ukraynanın bəzi vilayətlərində hava hücumundan həyacan siqnalı elan edilib.

APA xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Kiyev regional hərbi administrasiyası pilotsuz uçuş aparatlarının hücumu barədə məlumat yayıb.

Paytaxtdakı partlayışlar barədə mer Vitali Kliçko da məlumat verib. Daha sonra o əlavə edib ki, hazırda bütün təcili yardım xidmətləri şəhərin Podolski və Qoloseyevski rayonlarına göndərilib. O, təfərrüatları açıqlamayıb.

Kiyevin Darnitski rayonunda dağıntılar olub, yanğın başlayıb. Qoloseyevski rayonunda 27 yaşlı qadın xəsarət alıb.

Partlayışlar Peçersk və Podolsk vilayətlərində də baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR