Kiyevdə zərər görmüş binaların təmiri 70 milyon avroya başa gələcək

Kiyevdə zərər görmüş binaların təmiri 70 milyon avroya başa gələcək
# 10 may 2022 18:02 (UTC +04:00)

Kiyevdə binalara dəyən ziyanın aradan qaldırılması 70 milyon avroya başa gələcək.

APA xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko "Telegram"da bildirib.

O deyib ki, Rusiyanın hərbi təcavüzü nəticəsində Ukrayna paytaxtında ümumilikdə 390 binaya ziyan dəyib: “Onlardan 222-si çoxmənzilli yaşayış binalardır. Biz artıq 20 evi müəyyənləşdirmişik, orada ilkin olaraq bərpa işlərinə başlanmalıdır ki, insanlar tezliklə evlərinə qayıtsınlar. Şəhərin atəşə tutulması və bombalanması nəticəsində 30-u məktəbəqədər təhsil müəssisəsi olmaqla, 75 təhsil müəssisəsinə ziyan dəyib. 17 səhiyyə müəssisəsi, 11 mədəniyyət obyekti zərər görüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR