Kiyevə raket hücumu olub, 2 nəfər yaralanıb

Partlayış

© APA | Partlayış

# 09 mart 2023 10:08 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələri bu gün Ukraynanın paytaxtına raket hücumu edib, 2 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Kiyev meri Vitaliy Kliçko”Telegram”da yazıb.

O, paytaxtın Svyatoşinki rayonunda partlayışı təsdiqləyib.

Kliçkonun sözlərinə görə, yaşayış binasının həyətinə raket düşməsi nəticəsində bir neçə avtomobil yanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR