Komissar: Serbiya Aİ-yə üzv olmaq üçün Rusiyaya qarşı sanksiyalara qoşulmalıdır

Oliver Varhelyi

© APA | Oliver Varhelyi

# 02 dekabr 2022 16:55 (UTC +04:00)

Serbiyanın Avropa İttifaqına (Aİ) daxil olmaq üçün təkcə islahatlar aparması kifayət deyil, həm də Rusiyaya qarşı sanksiyalar tətbiq etməlidir.

APA xəbər verir ki, bunu Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi Belqraddakı mətbuat konfransı zamanı deyib.

“Hazırda islahatlar aparmaq və bir sıra sahələrdə, məsələn, media sahəsində atılmış addımları yekunlaşdırmaq lazımdır. Rəsmi Belqrad tərəfindən açıq-aşkar addımlar və siqnallar lazımdır. Bir faktı da gizlədə bilmərəm ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü də Serbiyanın Aİ-yə üzvlük məsələsinin uzanmasına təsir edir. Həmçinin, bizə lazımdır ki, Serbiya üzvlüyə namizəd ölkə kimi bizə yardımçı olsun, Serbiya bizim tərəfimizdə olmalıdır və Rusiyaya qarşı sanksiyalarımızın müəyyən olunmuş qaydada həyata keçirilməsində bizə kömək etməlidir”, – Aİ komissarı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR