Konqresmenlər Ukraynaya hərbi və mülki müşavirlər göndərməyi təklif edib

Konqresmenlər Ukraynaya hərbi və mülki müşavirlər göndərməyi təklif edib
# 24 iyul 2022 21:25 (UTC +04:00)

Amerikalı konqresmenlər Kiyevə səfər edib.

APA “Vesti.ru”ya istinadən xəbər verir ki, onlar Kiyevdə təkliflə çıxış edib.

ABŞ konqresmenləri belə qənaətə gəliblər ki, Vaşinqton silah tədarükünü əlaqələndirmək və izləmək üçün Ukraynaya hərbi və mülki müşavirlər göndərməlidir.

ABŞ Nümayəndələr Palatasının üzvləri Maykl Vals və Mika Şerrill bildirib ki, bu, ABŞ-ın silahın ünvana çatdığından əmin olması üçün yeganə yoldur.

Bundan əlavə, məsləhətçilərin digər sahələrdə də köməklik göstərə biləcəkləri vurğulanıb.

Konqresmenlər bildirib ki, nəzarət mexanizimində Amerika qoşunlarının Ukraynaya göndərilməsindən söhbət getmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR