Kosovo Aİ-yə üzvlük üçün müraciət edəcək

Kosovo prezidenti Vjosa Osmani

© APA | Kosovo prezidenti Vjosa Osmani

# 06 dekabr 2022 14:27 (UTC +04:00)

Kosovo Avropa İttifaqına üzvlük üçün müraciət edəcək.

APA "albaniandailynews"-a istinadən xəbər verir ki, bu barədə Kosovo Prezidenti Vjosa Osmani bildirib.

Aİ-Qərbi Balkanlar sammitində iştirak üçün Albaniyanın paytaxtı Tiranaya səfər edən Kosovo prezidenti deyib: "Mən ən çox Avropa yönümlü bir ölkənin təmsilçisi kimi buradayam. Biz Aİ-nin də sözlərdən əmələ keçməsini istəyirik, xüsusilə də viza liberallaşması ilə bağlı. Bu ilin sonunda Aİ-yə üzvlük üçün Kosovo rəsmi müraciətini qarşı tərəfə təqdim edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR