Kosovo MN “Defender Europe 23” təlimlərinin ləğvini elan edib

Kosovo MN “Defender Europe 23” təlimlərinin ləğvini elan edib
# 30 may 2023 16:09 (UTC +04:00)

“Defender Europe 23” təlimlərinin keçirilməsi ləğv edilib.

APA xəbər verir ki, bu barədə Kosovo Müdafiə Nazirliyi məlumat yayıb.

Buna səbəb kimi 26 maydan etibarən Kosovonun şimalındakı və Metoxiyadakı serb bələdiyyələrində vəziyyətin gərginləşməsi göstərilib.

Qeyd edək ki, Kosovo polisinin xüsusi təyinatlı qüvvələri Zveçan, Zubin Potok və Leposaviç bələdiyyələrində inzibati binaları zəbt etməsindən sonra vəziyyət gərginləşib, silahlı qarşıdurmalar baş verib.

Xatırladaq ki, dünən NATO-nun Kosovodakı missiyası (KFOR) etirazların başlandığı inzibati binaları mühasirəyə alıb və bunun ardınca toqquşmalar başlayıb.

Serbiya Prezidenti Aleksandar Vuçiçin sözlərinə görə, 52 nəfər serb Kosovodakı xəstəxanaya müraciət edib, onlardan üçü ağır yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR