Kral Çarlz Almaniya parlamentində çıxış edib

Kral Çarlz Almaniya parlamentində çıxış edib
# 30 mart 2023 14:43 (UTC +04:00)

Kral Çarlz Almaniyaya səfəri çərçivəsində Almaniya Parlamentində çıxış edib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Bundestaqın Prezidenti Barbel Bas kralı qarşılayıb və onu burada salamlamağın böyük şərəf olduğunu deyib.

Kral Çarlz çıxışına alman dilində başlayıb, bu isə uzun alqışlarla qarşılanıb.

O, bu gün Almaniyada olmağın və iki ölkə arasında dostluq bağlarını yeniləmək üçün çıxış etməyə dəvət olunmağın onun və həyat yoldaşı Camilla üçün böyük şərəf olduğunu deyib. O, Böyük Britaniya və Almaniyanın münasibətlərinin anası, mərhum Kraliça üçün çox xüsusi olduğunu əlavə edib.

Rusiyanın Ukraynanı işğal etməsi məsələsinə də toxunan Çarlz bildirib ki, ağlasığmaz əzablar verilib, azadlıq və ləyaqət ayaqlar altında tapdalanıb.

“Biz dağıntıdan dərin sarsılmışıq, lakin Ukraynanı, sülhü və azadlığı müdafiə etməkdən söhbət gedəndə birliyimiz bizi ruhlandırır ”, - deyə Kral qeyd edib.

O, Ukraynanın ən böyük Avropa donorları kimi Böyük Britaniya və Almaniyanın rolunu yüksək qiymətləndirib.

Kral bildirib ki, Almaniyanın Ukraynaya bu cür hərbi dəstək vermək qərarı bütün dünya tərəfindən çox alqışlanır və çox vacib hesab olunur.

Qeyd edək ki, Kral Çarlz Almaniya parlamentində çıxış edən ilk Britaniya monarxıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR