Kral III Çarlz Bukinqem Sarayının qarşısında xalqla görüşüb

Kral III Çarlz Bukinqem Sarayının qarşısında xalqla görüşüb
# 09 sentyabr 2022 18:37 (UTC +04:00)

III Çarlz kral olduqdan sonra ilk dəfə Bukinqem Sarayına gəlib.

APA-nın “Sky News”a istinadən verdiyi xəbərə görə, o, Bukinqem Sarayının darvazaları önündə avtomobilindən enib və oraya toplaşan insanlarla salamlaşıb.

Anası Kraliça II Elizabetin vəfatı ilə bağlı başsağlıqları qəbul edib.

O, Britaniya vaxtı ilə axşam saat 18-də Kral kimi ilk ümummilli televiziya çıxışını edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR