Kraliça II Elizabetin cənazəsi Balmoral qəsrindən Edinburqa aparılır

Kraliça II Elizabetin cənazəsi Balmoral qəsrindən Edinburqa aparılır
# 11 sentyabr 2022 13:16 (UTC +04:00)

Kraliça II Elizabetin cənazəsi Balmoral qəsrindən Edinburqa aparılır.

APA-nın Britaniya bürosunun xəbərinə görə, cənazənin olduğu tabut “Holyroodhouse”un Taxt Otağında - monarxın rəsmi Şotlandiya iqamətgahında saxlanacaq, saray işçiləri öz hörmət və ehtiramlarını göstərə biləcəklər.

Bazar ertəsi cənazə Edinburqdakı St Giles Katedralinə aparılacaq, ictimaiyyət tərəfindən baxılmasına bazar ertəsi saat 17:00-da icazə veriləcək.

13 sentyabrda tabut Edinburqdan Londona - Bakinqam sarayına aparılacaq, 14 sentyabrda isə “Westminster Hall”a gətiriləcək və zal 4 gün ərzində ictimaiyyətə açıq olacaq.

Dəfn mərasimi 19 sentyabrda gerçəkləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR