Kraliçanın ailə üzvləri Balmoral qəsrinə gəlib 

Kraliçanın ailə üzvləri Balmoral qəsrinə gəlib 
# 08 sentyabr 2022 20:18 (UTC +04:00)

Kraliçanın ailə üzvləri Balmoral qəsrinə gəlib.

APA-nın Britaniya bürosunun “Sky News”a istinadən xəbərinə görə, kraliçanın səhhətinin pisləşməsindən sonra ailə üzvlərindən Şahzadə Çarlz və Şahzadə Anne, Balmoral qəsrinə gəlib.

Kraliçanın digər ailə üzvlərindən Şahzadə Ulliam və Herri isə Şotlandiyanın Aberdin şəhərindən qəsrə doğru yola düşüblər.

Qeyd edək ki, bu gün Bukinqem Sarayı II Elizabetin səhhətinin pisləşdiyini, onun həkim nəzarətinə götürüldüyünü qeyd edib.

BBC telekanlı Kraliçanın Balmoralda tibbi nəzarət altında olduğunu elan etdikdən sonra müntəzəm proqram cədvəlini dəyişib.

O vaxtdan bəri kanal Kraliçanın səhhəti ilə bağlı xəbərlər yayımlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR