Kraliçanın cənazəsi bu gün ziyarətə açılacaq

Kraliçanın cənazəsi bu gün ziyarətə açılacaq
# 12 sentyabr 2022 16:04 (UTC +04:00)

Kraliçanın cənazəsi bu gün ziyarətə açılacaq.

APA-nın London müxbirinin xəbərinə görə, insanlar bu gün Britaniya saatı ilə 17:00-dan etibarən Edinburqdakı Müqəddəs Giles Kafedralında Kraliça II Elizabetin cənazəsini ziyarət edə biləcəklər.

Cənazə Kral III Çarlzın da iştirak etdiyi yürüş mərasimi ilə katedralın yaxınlığındakı “Holyroodhouse”dan gətiriləcək.

Ziyarət zamanı ciddi təhlükəsizlik yoxlamaları və mobil telefonlara məhdudiyyətlər olacaq. Fotoşəkil və səsyazma qəti qadağan edilib.

Cənazə 13 sentyabrda axşam 17:00-dan sonra Edinburq hava limanından Londona gətiriləcək.

İctimaiyyət Kraliçanın cənazəsini Londonda 14 Sentyabr saat 17:00-dan dəfn gününə qədər yəni 19 Sentyabr səhər 6:30-a qədər ziyarət edə biləcəklər.

Dəfn mərasimində dünya liderlərini iştirakı gözlənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR