Kreml Putinlə Zelenski arasında görüşü istisna etmir

Kreml Putinlə Zelenski arasında görüşü istisna etmir
# 01 iyun 2022 15:21 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşü istisna edilmir. Bu görüş üzərində iş dayandırılmış sənəd əsasında hazırlanmalı və yekunlaşdırılmalıdır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bizim mövqeyimiz və Rusiya Prezidentinin Zelenski ilə görüşlə bağlı mövqeyi hamıya məlumdur. Heç kim belə bir görüşü istisna etmir, bunu heç vaxt istisna etməyib. Lakin bu görüşü hazırlamaq lazımdır. Putinin Zelenski ilə görüşü sırf müəyyən bir sənədi yekunlaşdırmaq üçün məna kəsb edir. Hansı ki, həmin sənəd üzərində iş çoxdan dayandırılıb və o vaxtdan bəri bərpa olunmayıb”, – Peskov jurnalistlərə Putinlə Zelenski arasında görüş ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR