Kreml Türkiyənin Putin-Zelenski görüşü ilə bağlı təklifinə münasibət bildirib

Kreml Türkiyənin Putin-Zelenski görüşü ilə bağlı təklifinə münasibət bildirib
# 19 yanvar 2022 14:12 (UTC +04:00)

Kreml istənilən ölkənin Ukraynadakı vəziyyəti nizamlamaq səylərini alqışlayır. Əgər Türkiyə Kiyevə təsir göstərə və onu Minsk razılaşmaları üzrə öhdəliklərini yerinə yetirməyə sövq edə bilsə, bu, yalnız alqışlana bilər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov söyləyib.

"Biz Ukraynadakı vəziyyətin həllinə kömək edə biləcək istənilən ölkənin səylərini alqışlayırıq. Rusiya ilə Ukrayna arasında əsas fikir ayrılıqları məhz Minsk razılaşmalarının Kiyev tərəfindən yerinə yetirilməməsi ilə bağlıdır. Əgər türk tərəfdaşlarımız ukraynalılara təsir göstərə və onları əldə edilmiş razılaşmaları yerinə yetirməyə, öhdəlik götürməyə sövq edə bilsələr, bu, ancaq alqışlana bilər”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Xatırladaq ki, Rusiya və Ukrayna prezidentlərinin Türkiyədə görüşməsi ilə bağlı təklifi Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın səsləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR