Krımda hərbi aerodromda partlayışlar olub - YENİLƏNİB - VİDEO

Krımda hərbi aerodromda partlayışlar olub - YENİLƏNİB  - VİDEO
# 09 avqust 2022 17:39 (UTC +04:00)

Rusiyanın ilhaq etdiyi Krım yarımadasının Saki şəhəri yaxınlığında hərbi aerodromda və yaxınlığındakı hərbi obyektdə partlayışlar olub.

APA Unian.net-ə istinadən xəbər verir ki, Novofyodorovka kəndində yerləşən aerodromun uçuş zolağının və silah-sursat anbarının yandığı xəbər verilir.

Ümumilikdə on partlayışın baş verdiyi barədə xəbərlər var. Novofyodorovkada turistlər çimərliklərdən qaçıblar. Yerli hakimiyyət orqanları onları sığınacaqlarda gizlənməyə çağırıb.

Əraziyə çoxlu sayda təcili tibbi yardım maşını və helikopterlərin cəlb olunduğu bildirilib.

Partlayışın baş verdiyi aerodromdan Rusiya aviasiyasının Ukraynanın Zaporojye, Xerson və Nikolayev vilayətlərindəki mövqelərinə zərbələr endirdiyi qeyd olunub.

***

17:19

Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasında partlayışlar baş verib.

APA xəbər verir ki, partlayışlar Novofyodorovka kəndindəki hərbi aerodrom yaxınlığında qeydə alınıb.

Əraziyə həkim briqadalarının göndərildiyi bildirilir.

İlk məlumatlara görə, ərazidəki hərbi obyektlərə Ukrayna Ordusu tərəfindən raket zərbələri endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR