Krımda silah anbarı partlayıb, yaralılar var, əhali evakuasiya olunur - YENİLƏNİB - VİDEO

Krımda silah anbarı partlayıb, yaralılar var, əhali evakuasiya olunur - YENİLƏNİB  - VİDEO
# 16 avqust 2022 10:50 (UTC +04:00)

Rusiyanın nəzarəti altında olan Krım yarımadasının şimalında silsilə partlayışlar zamanı 2 nəfər xəsarət alıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Krımın "rəhbəri" Sergey Aksenov açıqlama verib.

O, artıq 2 min nəfərin ərazidən evakuasiya olunduğunu deyib.

Rusiya Müdafiə Nazirliyi isə Krımın Mayskoe kəndində hərbi hissələrdən birində döyüş sursatlarının müvəqqəti saxlanıldığı ərazidə yanğın və sonradan partlayışların baş verdiyini açıqlayıb. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

***

10:26

Rusiyanın nəzarəti altında olan Krım yarımadasının şimalında silsilə partlayışlar olub.

APA TASS-a istinadən xəbər verir ki, döyüş sursatları saxlanılan anbarda partlayış olduğu üçün yaxınlıqda yerləşən Mayskoe kəndi təxliyə olunub.

"Partlayışlar keçmiş fermada baş verib. Hazırda ərazi hərbçilərin müvəqqəti dislokasiya yeridir. Orada döyüş sursatlarının detonasiyası baş verib", - deyə yerli mənbə jurnalistlərə açıqlamasında bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR